“İran Xəzər dənizində qaz kəmərinin çəkilməsinə qarşıdır, çünki bu bölgənin ekologiyasına ciddi ziyan vura bilər”.
Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın Milli Qaz Şirkətinin nümayəndəsi Behruz Namdari deyib.
İran rəsmisi hesab edir ki, Xəzər dənizinin şərqindən qərbinə qaz kəmərinin çəkilməsi bölgənin ekologiyasına ciddi ziyan vura bilər: “Bu səbəbdən İran belə bir kəmərin inşasının əleyhinədir”.
O xatırladıb ki, İran qonşularına bu ölkənin infrastrukturundan - qaz boru kəmərlərindən və terminallardan istifadə etməyi, qazı dünya bazarlarına çatdırmağı təklif edir.