Rəsmi Kreml Rusiyada 4 günlük iş həftəsinə keçmək təklifinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqının bu təklifi nəzərdən keçirilmir:
”Biz bilirik ki, onlar müxtəlif təkliflərlə çıxış edir, təşəbbüs göstərirlər, amma hələ ki Kreml bunlara reaksiya vermir”.
Rusiyanin Əmək Nazirliyindən isə bildiriblər ki, Əmək Məcəlləsi ilə iş həftəsi 40 saat müəyyən edilib və məcəllədə dəyişiklik gözlənilmir.