14 Avqust 2019 18:55
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 günlük tətildən qayıdan Almaniya Kansleri Angela Merkel Litva Prezidenti Gitanas Nauseda ilə rəsmi qarşılanma mərasimini oturacaqda izləyib.

Teleqraf.com xəbər verir ki, ayrı-ayrı dünya liderləri ilə görüşdə titrəyən Almaniya Kansleri Angela Merkelin analoji halla qarşılaşmaması üçün protokola dəyişiklik edilib.

Önləyici tədbir kimi oturacaqdan istifadə olunmağa başlanılıb.

Əvvəlcə Merkel yaxınlaşaraq Nausedanı maşında qarşılayıb, bundan sonra nümayəndə heyətləri salamlanıb və stullarda oturublar.

Qeyd edək ki, Angela Merkelin ilk dəfə titrədiyi Berlində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı kameraya düşmüşdü. İkinci dəfə bu hal yeni ədliyyə naziri Kristin Lambertin rəsmi şəkildə vəzifəyə başlaması ilə əlaqədar paytaxt Berlində keçirilən tədbirdə müşahidə olunmuşdu.

Merkel Finlandiya baş nazirinin rəsmi qarşılanma mərasimində üçüncü dəfə titrəmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər