26 Avqust 2019 11:27
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-ya aid qırıcılar mülki əhalini bombardman edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstanın Loqar vilayətində NATO-ya aid qırıcılar səhvən mülki insanları hədəfə alıb.

Hadisə Talibana qarşı keçirilən əməliyyat zamanı Loqarın Babus kəndində baş verib. Yanlış zərbələr nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Əfqanıstanın sabiq prezidenti Həmid Karzai yazılı açıqlama ilə çıxış edərək NATO-nun mülki insanlara qarşı hücumlarının dayandırılmasını tələb edib.


Müəllif: Cavad

Oxşar xəbərlər