26 Avqust 2019 13:29
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti İsrailin Suriya ərazilərində İrana aid “Qüds” briqadasının hərbi hədəflərini vurmasını dəstəkləyir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu mövzu İsrail baş naziri Benyamin Netanyahu ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında müzakirə edilib.

Dövlət Departamenti bəyan edib ki, Pompeo Netanyahu ilə müzakirə zamanı İran İnqilab Keşikçiləri Korpusundan qaynaqlanan təhdidlərə qarşı İsrailin özünü müdafiə etmək və bölgədə ona qarşı hücumları qabaqlamaq haqqına sahib olduğunu söyləyib.

Baş nazir Netanyahu amerikalı diplomata bildirib ki, harada olmasından asılı olmayaraq İsraili təhdid edən ünsürlər vurulacaq.

Qeyd edək ki, İsrail ordusu Dəməşq yaxınlarında yerləşən İran İnqilab Keşikçiləri Korpusunun Qüds briqadasına aid bəzi hədəfləri vurduğunu elan edib. Ehtimal olunur ki, Suriyadakı İrana aid bazalardan İsrailə çoxlu sayda dronlar qaldırılır.


Müəllif: Cavad

Oxşar xəbərlər