26 Avqust 2019 13:38
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

“On beş-iyirmi faiz uğur ehtimalı olsa belə cəhd göstərilməli və fürsətdən imtina edilməməlidir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Xarici İşlər naziri Cavad Zərifin dünya mətbuatında gündəmə çevrilən Fransa səfərini şərh edərkən deyib.

Tehranda tədbirdə çıxış edən prezident Ruhani nüvə razılaşmasına dair fikirlərini də açıqlayıb.

Nüvə enerjisi ilə bağlı böyük addımlar atdıqlarını, eyni zamanda müzakirələri davam etdirdiklərini qeyd edən prezident əlavə edib ki, Zərif Parisə getməzdən əvvəl onunla məsləhətləşib: “Bəziləri qulaqlarını bağlayaraq müzakirələrdə nə fayda var deyə şərhlər verirlər. Müzakirələrdən əvvəl 1 milyon barel istehsal edirdik, müzakirələrdən sonra 2 milyon 800 min barel istehsal ixrac etdik. Ölkəyə milyardlarla dollar pul daxil oldu, blok edilən pullardan hər ay bir milyard dollar götürdük”.


Müəllif: Cavad