Türkiyənin uzun illərdir İnterpol vasitəsilə axtarışa verdiyi Mətin Baydar Şimali İraqda həbs edilərək Ankaraya gətirilib.
Teleqraf.com xəbər verir ki, Mətin Baydar 9 il əvvəl Mersində müğənni Sarp Öztürkə yaxınlaşaraq ondan kürd dilində mahını oxumağı tələb edib.
Bu tələbi yerinə yetirmək istəməyən müğənnini güllələyən Mətin hadisə yerindən qaçıb.
Mətin Baydar 1 uşaq atası Sarp Öztürkü, gitaraçı Okuçunu və Ramazan Koçu güllələyib. Okçu və Koç yaralanıb, Sarp isə güllə yarasından vəfat edib.
Türkiyə 7 il əvvəl Mətin Baydarı axtarışa verib. Türk İnterpolu onun izini Şimali İraqda tapıb. Qatilin yaşadığı ünvan dəqiqləşdirildikdən sonra yerli hüquq-mühafizə orqanları ilə müştərək əməliyyat keçirilib.
Ankaraya verilən Mətin Baydar məhkəmə tərəfindən həbs edilib və Sincan həbsxanasına göndərilib.