İŞİD-in Bağdad valisi olan Abdussalam Həmid Hammud ölkənin qərbində yerləşən Anbar vilayətində öldürülüb.
Teleqraf.com xəbər verir ki, Haşdi Şab hərbi qüvvələri yaydığı açıqlamada terrorçunun onlar tərəfindən öldürüldüyünü elan edib.
Açıqlamada qeyd edilib ki, Hammudun özünü partlatmaq cəhdindən əvvəl onun köməkçisi və 6 mühafizəçisi ələ keçirilib. Əbu Nur ləqəbli Hammud isə özünü partlatmağa macal tapıb.