30 Avqust 2019 16:28
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd ordusu Rusiyanın dəstəyi ilə İdlibdə daha bir məntəqəni ələ keçirib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Xan Şeyhun qəsəbəsinin şərqindən Temaniyyeyə doğru irəliləyən Əsəd Cabbar yüksəkliyini, strateji əhəmiyyətli Seyid təpəsini nəzarətə götürüb.

Dünən gecə saatlarında baş verən amansız döyüşlərdən sonra rejim Temaniyyeni ələ keçirə bilib.

Son iki gündə İdlibdə yaşanan hərbi proseslərdən sonra bu gün Rusiya Müdafiə Nazirliyi bildirib ki, Suriya rejimi İdlibdə atəşkəs elan edib. Rusiya bölgədə müharibə aparan müxalifət qruplarını da atəşkəsə qoşulmağa çağırıb.

Xatırladaq ki, Bəşər Əsədin idlibdə atəşkəs elan etməsi Türkiyə Prezidenti Ərdoğanın Moskvada Rusiya Prezidenti Putinlə görüşdən sonraya təsadüf edib.


Müəllif: Cavad

Oxşar xəbərlər