1 Sentyabr 2019 12:29
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Verakrus ştatının Koaçakoalkos şəhərində bara hücum zamanı öldürülənlərin sayı 30 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə regionun Səhiyyə Nаzirliyi məlumat yayıb.

Bildirilir ki, hücum zamanı yanıq xəsarəti almış gənc xəstəxanada ölüb. Məlumata görə, daha 3 yaralı xəstəxanada müalicə olunur.

Hüquq-mühafizə orqanları cinayətlə bağlı təhqiqatı davam etdirirlər. Hadisəni törədənlərin saxlanılması barədə məlumat yoxdur. Meksika prezidenti Andres Manuel Lopes Obrador müqəssirlərin cəzalandırılacağını vəd verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər