Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu gün xalqa müraciət edərək dövlətin başqa məqsədlər üçün istifadə olunan kənd təsərrüfatına yararlı torpaqları müsadirə etməsinin vacib olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Tokayevin “Tvitter”dəki mesajında bu fikirlər qeyd olunub:
“Dövlətdən pulsuz torpaq icarəyə götürənlərin çoxu həmin torpaqlarda işləmirlər, onları ehtiyat üçün saxlayırlar. Ölkədə “latifundistlər” adlandırılan bir təbəqə yaranıb. Onlar özlərini dəhlizdəki it kimi aparırlar. İstifadə olunmayan kənd təsərrüfatı torpaqlarının müsadirə olunmasının vaxtı yetişib”.
Prezident qeyd edib ki, torpaqlar mütləq onun üzərində işləyənlərə məxsus olmalıdır.
Qasım-Jomart Tokayev bununla bağlı hökumətə və parlamentə müvafiq mexanizmlər hazırlamağı tapşırıb.