2 Sentyabr 2019 14:26
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İrana ticarət qadağaları və digər ölkələrə sanksiyalar tətbiq etməklə dolların beynəlxalq ödəniş vasitəsi imicinə xələl gətirdi.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, mövcud razılaşmalara əsasən, İranın bütün ölkələrlə ticarət aparmaq və bu ticarətə uyğun şəkildə satışdan gəlir götürməyə haqqı olub.

“ABŞ hər kəsə İran neftini almağı və İrandan alınmış məhsullara görə dollarla hər hansı pul köçürmələri etməyi qadağan edəndə hər şeydən əvvəl bir çox ölkələr və kompaniyalar ağır vəziyyətdə qaldı”, - Lavrov bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər