3 Sentyabr 2019 11:27
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın baş nazir vəzifəsinə namizəd Giorgi Qaxaria hökumətin yeni tərkibini ölkə parlamentinə təqdim edib.

Qanunverici orqanın bugünkü büro iclasında hökumətdəki dəyişikliklər müzakirə olunacaq.

Konstitusiyaya uyğun olaraq parlament iki həftə ərzində yeni hökumətə etimad göstərməlidir.

Qeyd edək ki, hakim Gürcü Arzusu Partiyası baş nazir vəzifəsinə Giorgi Qaxaria, daxili işlər naziri vəzifəsinə Vaxtanq Qomelauri, müdafiə naziri vəzifəsinə İrakli Qaribaşvili, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə isə Levan İzorianın namizədliyini irəli sürüb./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər