3 Sentyabr 2019 16:17
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Davudoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı şantaj edir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan deyib.

“İllərlə AKP hökumətlərində nazir və baş nazir olmuş, uzun zamandır yeni bir partiya yaratmaq üçün cəsarətini toplamağa çalışan bəzi siyasətçilər son günlərdə həmin dövrə dair bildiklərini ictimaiyyətə açıqlayacağını söyləyərək, cənab Ərdoğanı və iqtidarı təhdid edir, çirkli sənədlər üzərindən cənab Ərdoğan və siyasi iqtidarı şantaj edir. Belə bir davranış keçmiş baş nazir və keçmiş nazirlərə yaraşarmı?”, - Ərbakan bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər