4 Sentyabr 2019 16:15
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə ölkədə Azərbaycan dilində qəzetin nəşr olunmaması məsələsini gündəmə gətirib.

Teleqraf.com xəbər verir ki, azərbaycanlı millət vəkili bu barədə İranın İrşad və mədəniyyət naziri Abbas Salehiyə sual ünvanlayıb.

“Ölkə üzrə yayımlanan türk dilində qəzetin nəşrinə lisenziya verilməməsinin səbəbi nədir” başlığı ilə ünvanlanan sual parlamentin rəyasət heyətinə təqdim olunub.

Millət vəkili qəzetin nəşrinə lisenziya verilməməsi haqda nazirin cavab verməsini tələb edib.

Nadir Qazipurunun sözlərinə görə, o bundan əvvəl müvafiq məsələ ilə əlaqədar lisenziya almaq üçün nazirliyə müraciət edib. Lakin Mətbuata Nəzarət Heyəti ölkə üzrə yayımlanacaq Azərbaycan (türk) dilində qəzetin nəşrinə lisenziya verməkdən imtina edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər