4 Sentyabr 2019 19:13
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Polşanı İkinci Dünya Müharibəsinin başlamasının ildönümü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, Amerika liderinin qeyri-adi istəyini əks etdirən video “Vox” nəşrinin jurnalisti tərəfindən “Tvitter”də yayımlanıb.

Videoda jurnalist D.Trampdan müharibənin başlanmasının 80 illiyi ilə əlaqədar Polşaya mesajının olub-olmadığını soruşur.

Cavabında D.Tramp deyir:

“Mənim Polşaya çox gözəl bir mesajım var: Mayk Pens, bizim vitse-prezident mütləq ora uçmalı idi... Mən sadəcə Polşanı təbrik etmək istəyirəm. Bu, gözəl insanları olan gözəl bir ölkədir”.

Qeyd edək ki, D.Tramp ABŞ-ın qərb sahilinə yaxınlaşan “Dorian” qasırğası fonunda həftə sonu Polşaya planlaşdırılan səfərini ləğv edib. Onun əvəzində vitse-prezident Mayk Pens nasist Almaniyasının Polşaya hücumunun ildönümünə həsr edilmiş anım tədbirlərinə qatılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər