5 Sentyabr 2019 01:36
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə nüvə silahı əldə etmək istəmir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Bəzilərinin nüvə başlıqlı raketləri var, amma məndə onlar olmasın, mən bunu qəbul etmirəm".

Ölkənin maliyyə vsektorundakı vəziyyəti şərh edən Türkyiyə prezidenti qeyd edib ki, hazırda faiz dərəcələrinin və inflyasiyanın azalması müşahidə edilir. T.Ərdoğan bu tendensiyanın bundan sonrada davam edəcəyindən əmin olduğunu bildirib.

T.Ərdoğan qeyd edib ki, Türkiyə maliyyə baxımından uğurlu bir ölkədir: "Bu uğur iqtisadiyyat baxımından bizi daha güclü edir".

Onun sözlərinə görə, Türkiyənin 2020-ci il üçün məqsədi iqtisadi artım tempinin 5 faizə çatdırılmasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər