Hindistanda qandonduran təcavüz olayı baş verib.
Teleqraf.com xəbər verir ki, 8 yaşlı bir qız məktəbin ayaqyolunda ən böyüyünün 11 yaşı olan 3 qardaşın cinsi təcavüzünə məruz qalıb.
Təcavüz qurbanı olan qız 3, digərləri isə 6-cı sinif şagirdidir.
Olayın qısa vaxtda üstü açılsa da, bölgə (Ramala) polisi bu barədə nə hökumət qurumlarını, nə də hüquq-mühafizə orqanlarını məlumatlandırıb.
Ailəyə şikayətçi olmaması üçün təzyiq edildiyi bildirilib.
Azyaşlı qızın vəziyyətinin normal olduğu deyildiyi halda, dünyada ən çox təcavüz olayının Hindistanda baş verdiyi vurğulanıb.
Ölkədə təkcə 2016-cı ildə 30 min zorlama hadisəsi qeydə alınıb.