Braziliyanın İqtisadiyyat naziri Paulu Qedes Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşını təhqir edib.
“Prezident ( Braziliya prezidenti Jair Bolsonaru) yalan demirdi. O, (Bricit Makron) həqiqətən qorxuludur. Bu, tamamilə həqiqətdir”, - deyə nazir bildirib.
O əlavə edib ki, çirkin qadın olmur, yalnız uğursuz rakurs var.
Daha sonra nazir sözlərinə görə, üzrxahlıq edib və öncədən dediklərini “zarafat” adlandırıb.