ABŞ-ın Hyuston şəhərinin (Texas ştatı) polisi keçmiş ABŞ Dəniz Piyadaları Korpusunun hərbçisini həbs edib.
Teleqraf.com-un məlumatına görə, keçmiş hərbçi Rik Montealvonun avtomobili Hyuston şəhərinin şimalında saxlanılıb.
Məlumata əsasən, keçmiş hərbçinin avtomobilindən odlu silah, snayperlər tərəfindən istifadə olunan kamuflyaj əşyaları və məktəblərdə atışmalar haqqında materiallar tapılıb.