7 Sentyabr 2019 20:14
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran artıq ABŞ-la müzakirə aparmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami deyib.

SEPAH başçısının sözlərinə görə, ABŞ-la müzakirə aparılması düşmən meydanında oynamaq deməkdir:

“İran rəsmilərindən kimsə Amerika ilə danışığa getməyəcək. Çünki belə bir müzakirə düşmən meydanında və onun hədəfi çərçivəsində oynamaq deməkdir. Amerika prezidenti Donald Tramp isə arzu edir ki, bir neçə dəqiqəlik də olsa, İran rəsmilərindən biri ilə danışsın. Lakin bu heç vaxt baş tutmayacaq”.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Mark Esper jurnalistlərə açıqlamasında rəsmi Vaşinqtonla Tehran arasında real danışıqlara zəmin yaranmasından danışmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər