9 Sentyabr 2019 19:31
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xari İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Suriya ilə bağlı müzakirə aparıb.

Teleqraf.com xəbər verir ki, tərəflər İdlibdəki situasiya, Astana görüşü və Konstitusiya Komissiyası məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Mövlud Çavuşoğlu ötən gün İran Xarici İşlər naziri Cavad Zəriflə də telefon danışığında Suriya böhranı və Suriya Konstitusiya Komissiyası barədə müzakirələr aparıb.

Qeyd edək ki, 2018-ci ilin yanvarında Suriyanın ərazi bütövlüyünə dair Soçidə keçirilən zirvə toplantısında Əsəd rejimi təmsilçiləri, bitərəf və müxalif qüvvələr daxil olmaqla, 150 nəfərdən ibarət Konstitusiya Komissiyasının yaradılması haqqında qərar verilib. Bununla əlaqədar 2018-ci il mayında ayında Astanada, dekabrda isə Cenevrədə Türkiyə, Rusiya, İran xarici işlər nazirlərinin görüşü olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər