İraqın Kərbəla şəhərində Aşura günü ilə əlaqədar keçirilən mərasimdə izdiham yaşanıb.
Teleqraf.com xəbər verir ki, izdiham "Tuveriç yürüşü" zamanı olub.
İraqın Səhiyyə Nazirliyinin sözçüsü Seyf əl-Bədir izdiham nəticəsində 31 nəfərin həyatını itirdiyini, 100-dən çox yaralının olduğunu açıqlayıb.
Yaralılardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir.