10 Sentyabr 2019 22:42
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Ermənistan ərazisində ard-arda iki zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, yeraltı təkanlar Gürcüstanın paytaxtı Tbilisidə də hiss olunub.

Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzinin yaydığı məlumatda bildirili ki, ilk zəlzələ 5,2 bal olmaqla Tbilisi vaxtı ilə saat 20:22-də, ikincisi isə 4,2 bal olmaqla saat 20:24-də qeydə alınıb.

Birinci zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr, digəri isə 5 kilometr aralıda - Ermənistan ərazisində olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər