11 Sentyabr 2019 01:56
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstefaya göndərilən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun səlahiyyətlərini müvəqqəti olaraq Çarli Kappermen icra edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Xatırladaq ki, Kappermen ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun müavini idi.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Con Boltonu Ağ Evdəki xidmətlərinə artıq ehtiyac qalmadığını əsas gətirərək istefaya göndərib.


Müəllif: Teleqraf.com