Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Məhərrəm İncə 1990-cı illərdə Prezident Rəcəb Tayyib Ərdoğanın həbs edilməsindən danışıb.
Teleqraf.com xəbər verir ki, İncə bu günədək həbsdə olan bir çox siyasətçi ilə görüşdüyünü bildirib.
Lakin o, həmin dönəmdə həbsxanada olan Ərdoğana baş çəkmədiyini deyib: “Səlahəddin Dəmirtaşa da baş çəkdim. Həbsxanada idi. Mən İlkər Başbuğ və Mustafa Balbaya da baş çəkmişdim. Lakin Ərdoğanla görüşə getmədim. Çünki o zaman elə bir nüfuzum yox idi, bu gün olsa gedib baş çəkərəm. O günlərdə ona həbsdə baş çəkəcək statusda deyildim.
Lakin Ərdoğanın vəzifədən uzaqlaşdırıldığını doğru hesab etmirdim”.
1997-ci ildə İstanbulun bələdiyyə sədri olan Rəcəb Tayyib Ərdoğan Siirt şəhərində açıq havada keçirilən toplantıda səsləndirdiyi fikirlərə görə həbs olunmuşdu. O, dini, irqi və məzhəbi ayrı-seçkilik etməkdə ittiham olunmuşdu.
Bu ittihamlar üzrə 10 ay həbs cəzası verilən Ərdoğan bələdiyyə sədri postundan uzaqlaşdırılmışdı.