Türkiyənin Antalya şəhərində Azərbaycan əsilli Hacı Elbrus Hacılı ilə hələ ki kimliyi bilinməyən şəxs və ya şəxslər arasında mübahisə yaranıb. Mübahisə daha sonra bıçaqlanmaya çevrilib.
Teleqraf.com xəbər verir ki, bud hissəsindən yaralanan Hacı Elbrus Hacılı dərhal xəstəxanaların birinə çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, onun həyatına təhlükə yoxdur. Hadisəni törədənlər qaçıb.
Faktla bağlı cinayət işi açılıb.