13 Sentyabr 2019 15:59
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippin Prezidenti Rodriqo Duterte vətəndaşlara müraciət edərək, onlardan rüşvət tələb edən məmurların güllələnməsinə icazə verdiyini bildirib. Ancaq bir şərtlə ki, onları öldürməsinlər.

Teleqraf.com xəbər verir ki, Duterte deyib:

“Əgər siz vergiləri, rüsumları, gömrük rüsumlarını və sair ödəmələri ödəyirsinizsə və bu axmaqlar sizdən rüşvət tələb edirlərsə, onları vurun. Əgər sizin silahınız varsa, onları güllələyə bilərsiniz. Amma onları öldürməyin. Çünki əks halda məhkəmə zamanı əfv olunmaya bilərsiniz”.

Prezident korrupsionerlərin ayağına atəş açmağı təklif edib. Deyib ki, əks təqdirdə korrupsioner məmuru güllələyən vətəndaş ciddi cismani cəza alacaq, ancaq həbs olunmayacaq.

R.Duterte bundan əvvəl vətəndaşlığından asılı olmayaraq, narkotik alverçilərinin “başlarını kəsməyə” hazır olduğunu demişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər