Ermənistan ordusunda daha bir intihar faktı olub.
Teleqraf.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan hərbi qulluqçunun intihar etdiyini təsdiqləyib.
Onun sözlərinə görə, Tavuş vilayətində müqavilə əsasında xidmət edən hərbi qulluqçu 1998-ci il təvəllüdlü Harutyan Nerkararyan evində intihar edib: "Daha ətraflı məlumat verə bilmərəm".