14 Sentyabr 2019 20:49
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında iki neft emalı zavodunda pilotsuz uçuş aparatlarının hücumu nəticəsində yanğınlar baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə SPA agentiyi Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Şənbə günü saat 04:00-da “Saudi Aramco” kompaniyasının sənaye təhlükəsizliyi xidməti Pilotsuz Uçuş Aparatlarının hücumundan sonra Abkayk və Xurays bölgələrində şirkətin neft email zavodlarında baş verən yanğının söndürülməsinə cəlb olunub”, – deyə nazirlik bildirib.

Daxili İşlər Nazirliyi nümayəndəsinin sözlərinə görə, hər iki zavoddakı yanğınlar lokallaşdırılıb. Hadisə ilə əlaqədar istintaq başladılıb.

Qeyd olunur ki, zavodlar “Saudi Aramco” dövlət neft-qaz şirkətinə məxsusdur.

İyun ayında Səudiyyə Ərəbistanında bir hava limanının dronlardan atəşə tutulması nəticəsində 8 nəfər yaralanmışdı.


Müəllif: Səxavət