İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə oturduğu stulun qırılmasından danışıb.
Teleqraf.com xəbər verir ki, o bu barədə Türkiyənin mərhum prezidenti İsəmət İnönünün ailəsinin onun üçün verdiyi ziyafətdə danışıb.
CHP millək vəkillərinin və bir sıra şəhərlərin bələdiyyə sədrlərinin qatıldığı ziyafətdən söz açan Əkrəm İmamoğlu deyib:
“Demokratiya, hüquq və vicdanı yanından ayırmayan hakimiyyət iqtidarda olmalıdır. Mənim haqda “stulu yellənir” dedilər, sənin də kreslon laxlayır”.
Əlavə edək ki, Ərdoğanın Türkiyənin iri şəhərlərinin bələdiyyə sədrləri ilə görüşündə İmamoğlunun oturduğu stulun bir ayağının qırılaraq, yıxılması gündəm olmuşdu.