Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətərə rəsmi səfəri başlayıb.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, paytaxt Dohada Ərdoğanı Qətər əmiri Şeyx Təmin Bin Hamed Əl Sani rəsmi mərasimlə qarşılayıb.
İkitərəfli görüşdən sonra Ərdoğan və Al Sani geniştərkibli müzakirələrdə iştirak edəcəklər.
Görüşlərdə Türkiyə-Qətər münasibətləri, Suriya və İraqda baş verən proseslərlə yanaşı “İraq-Şam İslm Dövləti” (İŞİD) terror təşkilatının təhdidlərinin də müzakirə olunacağı qeyd edilir. Ərdoğan Divanda danışıqlarının ardından Qətərdəki Türk Bazarının təməlqoyma mərasimində iştirak edəcək.
Səfərin bu gün axşam saatlarında bitəcəyi gözlənilir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.