18 Sentyabr 2019 14:13
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriyada təhlükəsizlik bölgəsinin qurulması üçün ABŞ-la apardığımız danışıqlar iki həftə ərzində nəticə verməsə, öz hərəkət planlarımız işə düşəcək”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, sentyabrın 16-da Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani ilə keçirdiyi üçtərəfli görüşə də toxunub. Türkiyə prezidenti bildirib ki, müzakirələrin sonunda Suriyada humanitar və siyasi böhranın həlli ilə bağlı çox əhəmiyyətli qərar qəbul edilib: “Fərat çayının şərqi üzrə məsələnin həllində Avropadan daha artıq dəstək gözləyirik. Qarşıdan gələn aylarda baş verəcək hadisələr Suriya məsələsi üçün həlledici olacaq”./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər