20 Sentyabr 2019 08:15
1 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya Gömrük Xidməti dərman preparatlarının hazırlanmasında istifadə olunan üç tondan çox narkotik vasitənin qanunsuz saxlandığı yerləri aşkarlayıb.

Teleqraf.com xəbər verir ki, keçirilən yoxlamalar zamanı Riqa və Salaspils şəhərlərindəki bir neçə evdə və anbarda ümumi çəkisi 3,3 ton olan amfetamin və metamfetamin maddələri tapılıb. Xidmətdən bildirilib ki, həmin maddələrin qara bazarda dəyəri 9 milyon avrodur.

Hadisə ilə əlaqədar üç nəfər saxlanılıb.

Bu hadisə Latviya tarixində narkotiklərə qarşı ən böyük əməliyyatlardan biridir. Bu ilin yanvarında ölkədəki fermaların birində Ekvadordan gətirilmiş də 2 tona yaxın kokain, may ayında isə reyd zamanı 400 kiloqram müxtəlif narkotik vasitə aşkarlanmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər