İstifadə etdiyimiz bütün məhsullar əslində həyatımızı asanlaşdırmaq üçün hazırlanıb. Ancaq onların bəzi xüsusiyyətlərinə diqqət eləmirik.
Teleqraf.com bəzi əşyaların bilmədiyiniz xüsusiyyətlərini təqdim edir:
1. Çantalarda kəsiklər
Bu çantalar əvvəllər yalnız turistlər üçün nəzərdə tutulurdu. Səyahətə çıxan turistlər bir çox əşyalarını çantaya bağlayaraq bundan istifadə edə bilərdilər. Zaman ötdükcə daha çox insan bu çantalardan istifadə etməyə başladı.
Əgər ixtiyarınızda belə çanta varsa, ayaqqabılarınızı və ya götürdüyünüz digər əşyaları çantanın üzərindəki kəsiklərə bağlaya bilərsiniz.
2. Əl telefonlarındakı kameraya yaxın nöqtə
Flaş və kamera arasındakı bu kiçik nöqtədən çox insan xəbərsizdir. Həmin nöqtə telefonla danışarkən kənar səs-küyün qarşısını alır və səsi qarşı tərəfin daha aydın eşitməsini təmin edir.
3. Klaviaturada hərflərin altındakı xətlər
Klaviaturadakı F və J hərflərinin altındakı xətlər sürətli klaviatura istifadəçiləri üçün bir ipucudur. İstifadəçi barmaqlarını bu iki düyməyə qoyduqda düymələri axtarmadan daha sürətli yaza bilər.
4. İdman ayaqqabılarındakı dəliklər
Yanlarında deşikli ayaqqabılar əvvəlcə basketbol oyunçuları üçün hazırlanmışdı. İdmançılar dəliklər sayəsində ayaqqaını ı daha möhkəm bağlayırdılar. Bu formalı ayaqqabılardan indi yalnız ayaqlara hava dəyməsi üçün istifadə olunur.
5. Sarımsaq qabığını soyan alət
Bu alətdən meyvə çəyirdəyini çıxarmaq üçün də istifadə edə bilərsiniz. Albalı və ya gilası bu alətlə sıxıb, çəyirdəyini asanlıqla çıxarmaq olur.
6. Bıçağın üzərindəki xətlər
Bəzi bıçaqların ülgücləri nazikdir, buna görə sərt bir şey kəsməyə çalışdığınız zaman qırıla bilər. Buna görə kommunal bıçağın yararsız ülgücünü arxadakı qara örtüklə çıxara bilərsiniz.
Bıçaqdakı xətlər ülgüclərin haradan çıxarılacağını göstərir.
7. Elektrik sobasının altındakı siyirmə
Əksər insanlar qab, tava və boşqab kimi mətbəx əşyalarını qoymaq üçün sobanın altındakı siyirmədən istifadə edirlər. Halbuki bu siyirmənin sobanın altında hazırlanması təsadüfi deyil. Onunla yeməyinizi isti saxlaya bilərsiniz.
8. Spagetti qaşğqındakı dəlik
Bu dəlik əslində nə qədər makaron hazırlamağın lazım olduğunu bildirir. Dəlikdə yerləşdirilən spagetti 1 nəfər üçün kifayətdir.
Spagetti qaşıqları nə qədər makaron hazırlamaq qərarına gəlmək çox asanddır