İngiltərədə nəşr olunan “Financial Times” qəzeti Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) ayrılan sabiq baş nazir Əhməd Davudoğlu və sabiq iqtisadiyyat naziri Ali Babacan haqda məqalə dərc edib.
Teleqraf.com xəbər verir ki, məqalədə sabiq nazirlər Prezident Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi hakimiyyətə ciddi rəqib adlandırılıb.
Nəşr iddia edir ki, Türkiyə prezidentinin keçmiş dostları Ərdoğanın səltənətini təhdid etməyə başlayıb.
Məqalədə AKP-dən ayrılan Davudoğlu və Babacanın “İndi heç nə etməsək, gələcəkdə peşman olacağıq” sözlərinə yer verilib.
Həmçinin vurğulanıb ki, partiyadan ayrılanlar yeni siyasi partiya quruculuğuna başlayaraq, qarşıdakı prezident seçkisində Ərdoğanın qarşısına güclü namizədlə çıxmağa hazırlaşır.
Nəşr həmin namizədin İstanbulun hazırkı bələdiyyə sədri Əkrəm İmamoğlu olduğunu bildirib:
“Ərdoğanın tərəfdarları isə onları təhdid kimi qəbul edir. AKP-dən olan bir yetkili bildirdi ki, Babacan seçkidə 10 faiz səs alsa, biz də 35 faiz səs alsaq, Əkrəm İmamoğlu prezident seçiləcək”.