26 Sentyabr 2019 11:19
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sizə söz verirəm, müharibəyə başlamayacağıq. Lakin Şimali Atlantika Alyansına (NATO) qoşulmağı ilk prioritet sayan ölkələrlə münasibətlərimiz ciddi şəkildə pozulacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov son aylarda Rusiya və Gürcüstan arasında baş verən gərginlikdən danışıb:

“Mən Rusiya və Gürcüstan arasında təyyarə reyslərini bərba edəcəkdim. Ancaq bu, Gürcüstan xalqının öz ölkələrində rusfobiyanın yayılması üçün həyata keçirilmiş hiylənin əks effekt verdiyini dərk etdikdən sonra mümkün olacaq”.

Ölkənin baş diplomatı Gürcüstanda Rusiya əleyhinə keçirilən nümayişlərdən də danışıb:

“Gürcüstan müxalifəti Rusiyanı guya bu rusofobiya kampaniyasını başlatmağa imkan verən bəzi addımlar atmaqda günahlandırdı. Ancaq ortada razılaşdırılmış bir prosedurdan başqa bir şey yox idi, digər şeylər arasında əvvəlcədən hazırlanmış plakatlar və qəzəbli izdiham vardı. Sonda isə Gürcüstanda ağıllı siyasətçilər tapıldı, onlar bunun yanlış olduğunu dərk etməyə başladılar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər