27 Sentyabr 2019 20:25
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uelsin Monmutşir qraflığında yerləşən Kumbran şəhərinin sakini böyrək köçürülməsindən sonra qəflətən xəmirdən hazırlanan yeməklər bişirmək ehtirasının yarandığını söyləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb.

37 yaşlı Stafani Mors jurnalistlərə etiraf edib ki, prosedurdan əvvəl anasının bişirdiyi piroqları çox sevirdi, lakin azca da olsa, onları bişirmək istəyi yox idi. Ancaq bir qohumun böyrəyi köçürüldükdən dərhal sonra onda xəmir xörəkləri bişirmək ehtirası oyanıb.

Mors iddia edir ki, yuxudan oyanan kimi təcili olaraq bir şey bişirmək istəyir. Stefani xəstəxanadan çıxdıqdan sonra ehtiyac duyduğu hər şeyi alıb və moruq çizkeyki bişirib.

62 yaşlı ana Mors isə onda olan bu ehtirası qızının da bölüşdüyünə görə özünü çox xoşbəxt hiss etdiyini bildirib. Ana-bala hazırda tez-tez müxtəlif desertlər hazırlayırlar.

Həkimlər baş verənləri heç cür şərh edə bilmir.

Mart ayında bir ingilis qadının insultdan dərhal sonra qəflətən rus aksenti ilə ingilis dilində danışmağa başladığı bildirilmişdi. Həkimlər bunu xarici aksent sindromu – insult və kəllə-beyin travmasından sonra yaranan nadir və sağalmaz hal adlandırıblar.


Müəllif: Səxavət

Oxşar xəbərlər