30 Sentyabr 2019 10:29
1 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq ictimaiyyət İranı dayandırmaq üçün bir araya gəlməsə, neft ehtimal olunmaz dərəcədə bahalaşacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Məhəmməd bin Salman deyib.

Şahzadənin sözlərinə görə, İran ətrafında baş verən gərginlik neftin bahalaşmasına yol açacaq.

Bin Salman “qara qızıl”ın qiymətlərinin fantastik həddə yüksələcəyini istisna etməyib. Lakin Səud şahzadəsi ölkəsinin İranla bütün problemləri savaşla yox, diplomatik yolla həllinin tərəfdarı olduğunu bildirib.

Məhəmməd bin Salman habelə, ABŞ Prezidenti Donald Trampın iranlı həmkarı Həsən Ruhani ilə görüşməsinin vacib olduğunu da diqqətə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər