30 Sentyabr 2019 16:54
1 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də İrəvanda Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) iclası çərçivəsində İran Prezidenti Həsən Ruhani və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli danışıqlar aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Oktyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin İrəvanda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya) liderlərindən əlavə Moldova prezidenti sammitə müşahidəçi dövlətin başçısı kimi qatılacaq. Fəxri qonaqlar İran Prezidenti və Sinqapurun Baş naziridir”, – deyə məlumatda bildirilir.

İclasda qurumun problemləri, inteqrasiya proseslərinin inkişaf perspektivləri, vahid bazarın fəaliyyətinin yaxşılaşdırılması və iqtisadiyyatın əsas sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı vəzifələrin müzakirə ediləcəyi qeyd olunur.

Liderlər təşkilatın ortaq maliyyə bazarının formalaşdırılması konsepsiyasını, 2020-ci il üçün təşkilatın büdcəsini və nəqliyyat və enerji sahələrində qanunvericiliyin uyğunlaşdırılması, birliyin beynəlxalq fəaliyyətinin 2020-ci il üçün əsas istiqamətlərinin əlaqələndirilməsi və Sinqapur ilə azad ticarət sazişinin imzalanması kimi bir sıra qərarlar hazırlayıblar.


Müəllif: Səxavət

Oxşar xəbərlər