Türkiyədə yeni partiya quruculuğu istiqamətində çalışan sabiq baş nazir Əhməd Davudoğlu və keçmiş iqtisadiyyat naziri Əli Babacanın 2023-cü ildə keçiriləcək prezident seçkilərində ittifaq yaradacağı iddia olunub.
Teleqraf.com xəbər verir ki, bu ittifaqa Səadət partiyasının da qoşulacağı bildirilir. Məlumata görə, Davudoğlu və Babacan seçkilərə ittifaq şəklində qatılacaq.
Əhməd Davudoğlu ilə Əli Babacanın partiyalarının birləşdirilməsinə qarşı çıxan eks-prezident Abdullah Gülün ittifaq məsələsinə sükutla yanaşdığı deyilir. Ehtimallara görə, Gülün qurulacaq ittifaqın vahid namizədi olmasını Davudoğlu və Səadət partiyasının lideri Təməl Karamollaoğlu qəbul edərsə, o, bu ittifaqa mane olmayacaq.