ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığının stenoqramını canlı efirdən oxumaq niyyətində olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bundan sonra demokratlar impiçment proseduru çərçivəsində təhqiqat başladığını elan ediblər.
D.Tramp bunu “Washington Examiner” jurnalına verdiyi müsahibəsində söyləyib.
“Hansısa bir anda oturacağam – bəlkə də bu buxarının yanında söhbət formatında olacaq və televiziya ilə birbaşa yayımlanacaq – və danışığın stenoqramını oxuyacağam. Çünki insanlar bunu eşitməlidirlər”, – deyə o bildirib.
Onun sözlərinə görə, ukraynalı həmkarı ilə etdiyi söhbət “yaxşı zəng” olub.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası impiçment proseduruna başlamaqla bağlı qətnamə qəbul edib. Tramp bunu “Amerika tarixindəki ən böyük cadugər ovu” adlandırıb.