1 Noyabr 2019 15:19
2 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın prezidenti administrasiyası Livan hökumətinə 105 milyon dollarlıq təhlükəsizlik dəstəyi verilməsinin dayandırılması barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Agentlik Dövlət Departamentinin bu qərarın qəbul edilməsinin səbəblərini göstərmədən Konqresə məlumat verdiyini bildirib.

ABŞ hökumətinin bir rəsmisi nəşrə bu qərarın ölkədə etirazlar səbəb ola biləcəyini söyləyib.

Qeyd olunur ki, ABŞ-ın Livana hərbi yardımı sərhəd xidmətlərinin istifadə etdiyi gecə görmə cihazları və silah təminatını əhatə edir.

“Röyters” iddia edir ki, Donald Tramp administrasiyası Livana bu ilin may ayından etibarən Yaxın Şərqdəki əhəmiyyətli tərəfdaş hesab edərək hərbi yardım etməyi planlaşdırırdı. Vaşinqtonun ABŞ-da terror təşkilatı olaraq tanıdığı şiə Hizbullah partiyasının Livan hökumətindəki artan rolundan narahatlığını dəfələrlə ifadə etdiyi də bildirilir.

Oktyabrın 29-da Livan Baş naziri Saad Hariri respublika prezidentinə koalisiya kabinetinin başçısı vəzifəsindən istefası ilə bağlı məktub göndərib. Bu qərar ölkənin iqtisadi həyatını iflic edən 14 gün davam edən kütləvi küçə etirazlarından sonra verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər