Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatının icraiyyə komitəsinin başçısı İlham Əhməd Vaşinqtonda verdiyi açıqlamada Suriya Müdafiə Nazirliyinin “orduya qatılın” çağırışına cavab verib.
Teleqraf.com xəbər verir ki, İlham Əhməd SDQ-nin Bəşər Əsəd ordusuna qatılmağa hazır olduğunu, ancaq Suriya qüvvələrinin yenidən formalaşdırılmasına ehtiyacın duyulduğunu bildirib.
“Əsədin qüvvələrinə qatılmağa hazırıq, amma Suriya ordusu yenidən qurulmalı və dəyişdirilməlidir. Əgər Suriya rejimi ilə bölgələrimizi necə idarə edə biləcəyimiz məsələsində anlaşa bilsək, Suriya ordusuna qatılmağa hazırıq”, - SDQ yetkilisi qeyd edib.