Oktyabrın 29-da Bəşər Əsəd ordusunun Rəsulayn bölgəsində ələ keçirilən 18 hərbçisi Rusiyaya təhvil verilib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Suriya Azadlıq Ordusunun Rəsulayn bölgəsində apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində saxladığı hərbçilərin təhvil verilmə prosesinin görüntülərini yayıb.
Xatırladaq ki, nazirlik suriyalı hərbçilərin sağ ələ keçirildiyini və Rusiya ilə birlikdə araşdırmanın aparıldığını açıqlayıb.