2 Noyabr 2019 20:14
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Qafan rayonunda yerləşən hərbi hissəsindən qaçan erməni əsgərinin yenidən xidməti yerinə qaytarılması həyatını cəhənnəmə çevirib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Jurnalistlər İnsan Haqları naminə təşkilatının sədri Janna Aleksanyan məlumat yayıb.

Aleksanyan adının açıqlamaq istəmədiyi əsgərin böhtan və təhqirlərə məruz qaldığını bildirib:

“Hərbi hissənin tərk edən hərbçiyə olan münasibət Ermənistanın hərbi elitasının müdafiəsiz bir əsgərlə necə rəftar etdiyini göstərir. Halbuki həmin əsgər böhtandan, yersiz cəzalardan və alçaldılmaqdan yayınmaq üçün hərbi hissəni icazəsiz tərk edib. Lakin onun yenidən bölməyə qaytarılması həyatını cəhənnəmə çevirib.

Hərbi Polis İdarəsinin rəisi Artur Bağdasaryan və Müdafiə Nazirliyi nin səlahiyyətli nümayəndəsi Artsrun Hovhannisyan əsgərin hərbi hissəni guya cinsi oriyentasiyasına görə tərk etdiyini bildirir. Hərbi elitanın səlahiyyətli nümayəndələri ona böhtan atır, bu yalana görə alçaldır və cəzalandırır”.

Jana Aleksanyan baş verənlərlə əlaqədar müdafiə naziri David Tonoyandan açıqlama tələb edib.

Sünik bölgəsində baş verən məlum olayın təfərrüatı bundan əvvəl “Joxovurd” qəzetində yayımlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu