2 Noyabr 2019 20:29
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haşdi Şabi komandirlərindən Əbu Ala Velay ABŞ-ı İraqdakı səfirliyini dağıtmaqla hədələyib.

Axar.az xəbər verir ki, Velay ABŞ-ın Bağdaddakı səfirliyini etirazçılara atəş açmaqda ittiham edib. O, İraqda hər hansı qarışıqlıq yaranacağı təqdirdə səfirlik binasının boş bir tikintiyə çevriləcəyini deyib.

Valey Tvitter səhifəsindəki paylaşımında səfirlik binasını “müharibənin və şeytanın səfirliyi” adlandırıb.

Qeyd edək ki, İraqda oktyabrın əvvəlindən başlayan və hələ davam edən korrupsiya və işsizliyə qarşı etirazlarda ümumilikdə 229 nəfər həlak olub, 10 mindən çox insan yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər