4 Noyabr 2019 11:18
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Kərbəla şəhərində baş verən kütləvi etiraz aksiyasında iştirak edənlər İranın şəhərdəki konsulluğunun binasından İraq bayrağı asıb.

Teleqraf.com xəbər verir ki, aksiyada iranlı diplomatlardan ölkəni tərk etmək tələb olunub.

İran hakimiyyətinin əleyhinə şüarlar səsləndirən etirazçılar konsulluğun binasını daşa basıb.

Olay zamanı binanın yandırılmasına cəhdlərin olduğu bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu