“Ermənistan-Azərbaycan münasibətləri həmişə risklidir, ancaq üç-beş il əvvəlki kimi təhlükəli deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Ermənistan rəhbəri cəbhə xəttindəki vəziyyətə də diqqət çəkib: “Sərhəd və təmas xəttindəki vəziyyətə diqqət etsək, son ilyarımda gərginlik hiss olunacaq səviyyədə azalıb. Bunu xüsusən də Azərbaycan prezidenti ilə Düşənbədəki görüşdən sonra açıq formada görə bilərik. Lakin Qarabağda itkilər veririk”.
Nikol Paşinyan münaqişənin həll prosesində irəliləyişin olduğunu istisna etməyib:
“Müzakirlərdə maraqlı dinamika yaranıb, ümid edirəm ki, bu dinamika həllə gətirəcək səviyyədə inkişaf edəcək”.