ABŞ Paris iqlim razılaşmasından çıxmaq üçün rəsmi prosesə başlayıb.
Teleqraf.com xəbər verirki, bu barədə ABŞ dövlət departamentinin mətbuat xidməti məlumat yayıb.
Dövlət katibi Maykl Pompeoya istinadla verilən açıqlamada vurğulanır: "Birləşmiş Ştatlar bazar ertəsi Paris sazişindən çıxma prosesinə başladı. Sazişin şərtlərinə görə, ABŞ Birləşmiş Millətlər Təşkilatına sazişdən çıxmaq barədə rəsmi bildiriş göndərdi".